Tədris

Brave Kids Uşaq Bağçasında tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Milli Kurikulum Proqramına tam uyğun olaraq təsdiqlənmişdir. Bağçanın proqrama daxil olan standart məşğələlər aşağıdakılardır:

* Bədii ədəbiyyat üzrə iş               

* Hərflər üzrə iş                           

* Sadə riyazi təsəvvürlər               

* Ətraf aləmlə tanışlıq                   

* Nitq inkişafı                               

* Məntiqi təfəkkürün inkişafı          

* Sensor tərbiyə                           

* Gil işi                                       

* Rəsm

* Musiqi

* İngilis dili dərsləri

* Bədən tərbiyəsi

* Quraşdırma

* Estetik tərbiyə

* Kağız işi

* İntellektual oyunlar

 

Bədii ədəbiyyat üzrə iş uşaqlarda dinləmə və anlama qabiliyyətini, sərbəst və rabitəli nitqi, habelə söz ehtiyatının zənginləşdirilməsini həyata keçirir.

Riyaziyyat və məntiq sadə riyazi təsəvvürləri və məntiqi təfəkkürü inkişaf etdirən interaktiv təlimdir. Məşğələ zamanı uşaqlar sadə hesablamalar, zaman-məkan, ölçü-forma, rəqəm və miqdar kimi bilikləri əldə edirlər.

Ətraf mühitlə tanışlıq məşğələsi təbiət və cəmiyyətlə ilkin tanışlığa xidmət edir. Uşaqlarda milli özünüdərk və vətənpərvərlik hissini aşılamaq məqsədilə keçirilən məşğələdə uşaqlar ölkəmizin, xalqımızın tarixi, abidələri, adət-ənənələri, dövlətimiz, prezidentimiz və dövlət atributları haqqında məlumat alırlar.

Uşaq ədəbiyyatı uşaqların təlim-tərbiyəsində aparıcı rol oynayır və onların düşüncələrini bir-birindən maraqlı nağıllar, şeirlər, tapmacalarla zənginləşdirir. Uşaqlar kiçik sadə kompozisiyalar quraraq öz bacarıqlarını formalaşdırırlar.

İngilis dili məşğələsi “Sevə-sevə və oynaya-oynaya öyrən” devizi altında keçirilərək uşaqları başqa bir aləmlə tanış edir. Belə ki, məşğələ uşaqlarda ingilis dilinə aid müəyyən söz bazasının yaranmasını, bu dildə şeirlər, kiçik nağıllar, hekayələr öyrənməsini, kiçik səhnəciklərin quraraq müxtəlif oyunlarda iştirak etməsini həyata keçirir. Bağçada ingilis dili üzrə hazırlanmış  proqramın mənimsədilməsi nəticəsində uşaqlar istənilən ingilis dili təmayüllü və IB sitemli məktəblərə qəbul zamanı yüksək nəticə göstərərək lazımi söz bazasına yiyələnəcəklər.

Rəsm/Əmək (təsviri qabiliyyət) məşğələləri estetik zövqü formalaşdıraraq uşaqlarda idrakı, yaradıcılıq qabiliyyətini və uşaq fantaziyasını üzə çıxarır. Bu məşğələlər rəsm, gil, yapışdırma, quraşdırma, aplikasiya şəklində həyata keçirilir.

Bədən tərbiyəsi uşaqlarda bədənin fiziki cəhətdən düzgün formalaşmasına, möhkəmlənməsinə və sağlamlığına xidmət göstərərək uşaqlarınızın möhkəm, sağlam və şən böyüməsi üçün əvəzsiz məşğələdir. Məşğələ inkişaf etməkdə olan körpələrin orqanizminin düzgün şəkildə formalaşması üçün ixtisaslaşmış məşqçilər tərəfindən həyata keçirilir.

İntellektual oyunlar diqqətin düzgün yönləndirilməsini, iti təfəkkürü, eşitmə və müşahidə qabiliyyətini inkişaf etdirir.

Musiqi uşaqların estetik zövqünü formalaşdırmaqla bərabər onlara pozitiv enerji də verir. Uşaqlarla iş   üzrə böyük təcrübəyə malik musiqi müəlliməmiz uşaqlarda musiqi qabiliyyətini üzə çıxardır, onun inkişafı və düzgün yönləndirilməsi üçün iş aparır.

Proqramdan əlavə olaraq bağçada balacaların dünyagörüşünü inkişaf etdirmək məqsədilə vaxtaşırı müxtəlif ekskursiyalar, bayram tədbirləri, yarışlar, master klass və bir sıra layihələr həyata keçirilir.