Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri-iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişinə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsmək lazım deyil. Bəs tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz?
- Əgər uşağınız gündüz sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə
- Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə
- Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa
- Günorta yuxusundan artıq altını islatmadan qalxırsa
- Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə
Əgər övladınız bu hərəkətləri edirsə, deməli onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrətmək olar. Bu zaman bəzi vacib məqamlar da var, məsələn:
- Vaxtı uzatmayın, məsələn, qonaq gedəcəm, qonaq gələcək, rayona gedəcəyik və digər bu kimi bəhanələrdən uzaq olun.
- Uşağınıza münasib qarşok alın. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün ayaqlarının yerə dəyməsi onların xoşuna gəlir. Qarşoku evin hər yerində gəzdirməyin. Onu ya hamama, uşağın öz otağına və ya koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağı o vaxt mükafatlandırmaq olar ki, məsələn, ondan tualete gedəndə sizə də xəbər verməsini xahiş edin. Günün sonuna kimi siz dediyinizə əməl etsə, o zaman onu sevdiyi bir şeylə mükafatlandırmaq olar.
- Uşağınıza oyuncaqlar vasitəsiylə tualet vərdişini öyrədin. Məsələn, oyuncaqları sıra ilə düzün və onlar növbə ilə tualetə getsin.
- Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə kömək edin. Məsələn, siz qarşoku boşaldın, o isə unitazın sifonunu çəksin.
- Qətiyyən uşaqlarınıza tualetini etdiyi zaman qışqırmayın onu acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki əsas məqsədiniz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətmək olmalıdır.
Xəbərlər
Cəzalandırmaq yoxsa mükafatlandırmaq?
Hiperaktivlik və diqqət yayğınlığı
Nağılların uşaq psixologiyasında önəmi
Yeməkləri seçən uşaqlar
Uşaqlara tualet vərdişinin öyrədilməsi